Gənc otağı necə dizayn edilməli?

Gənc otağı necə dizayn edilməli?

Hər gənc öz zövqünə uyğun dizayn edilmiş otaqda vaxt keçirmək istəyir. Yeniyetməlik dövrünün verdiyi həyacan və yeni idealar gənc otağı üçün mebel seçimindən tutmuş divarların dekorasiyasına qədər  özünü hiss etdirir.

İlk növbədə gənc otağı üçün  mebelin rəng və modelinin seçilməsi işi gəncin özünə həvalə edilməlidir, yalnız ölçülərlə bağlı valideyn məsləhət versə daha yaxşı olar.

Gənc otağı üçün mebel seçimi

Ümumilikdə  rahat çarpayı və şəxsi əşyalarının yerləşdirilməsi üçün kiçik tumbalar, sürüşmə qapılı kupe dolab, dekorativ görünüşlü kitab rəfi  və yazı masası gənc otağını tamamlayır. Gənc qız otaqlarında güzgülü makiyaj masasından istifadə etmək doğru seçimdir.

Həm yataq otağı, həm dərs çalışma , həm də gəncin rahat istihət etməsi üçün otaqda mümkün qədər açıq tonlardan istifadə etmək və hərəkətin rahatlığı üçün boş yerlərin olmasını təmin etmək vacib amillərdəndir.