Tək yaşayan və ya kiçik ailələr üçün lüks bir ev konsepsiyası olan loft mənzillər, bu gün şəhər həyatının ən müasir üslubudur. Fabrikləri və sexləri ev kimi bəzəməklə ortaya çıxan bu üslub gənclərin sevimlisidir. Bu yazıda, şəhərdə yaşayan insanlar üçün bir neçə maraqlı məlumatlar verəcəyik.

Yüksək tavanlı və otaqların bir arada olduğu memarlıq üslubu loft adlanır. İlk dəfə 1970-ci ildə ABŞ-da evə ehtiyacı olan insanların özlərinə ev axtarması ilə meydana gəlmişdir. Beləki tərk edilmiş fabrik və sexlərin lazımı təmirindən sonra evə dönüşən məkanlar bugünki adı ilə loft dizayn adlanır.

Ən təməl memari özəlliyi yüksək və ya asma tavan, böyük pəncərə, çardağa çıxmaq üçün pilləkənların olması və s. göstərmək olar.

Loft üslublu  dekorasiyası nədir?

Müasir binaların sevimlisi olan loft mənzillər, kiçik evlərdən sıxılmış  və divarları olmayan rahat keçidli evlərlə maraqlananların ən sevimlisi olmuşdur.

Mebel seçimində müasir  üslubun mənimsənilməsi və bir çox yerdə dəri parça detallarının olması loft bəzək tərzində düşünülən məqamlardandır.

Minimalist dekorasiyada olduğu kimi, loft dizaynda da böyük və parlaq elementlər evin ən diqqət çəkən nöqtəsində olmalıdır. Alternativ olaraq  velosiped, piyano və ya böyük heykəllərdən istifadə edə bilərsiniz. Bu hissələr evin ümumi atmosferini dəyişdirəcək elementlərdir.

Dekorasiyada xüsusi hazırlanmış əşyaların olması evin ümumi atmosferini zənginləşdirəcək detallardır. Zəriflikdən əlavə rahatlıq da mənzillər üçün əvəzolunmazdır.

Mənzilin atmosferi səbəbindən son dərəcə rahat dekorasiya tətbiq edə biləcəyiniz loft  mənzillərdə köhnə, lakin modernləşdirilmiş bir dizayn yarada bilərsiniz. Həmçinin Bohem və ya rustik  elementlərdən də istifadə etmək olar.

Loft stilini bəzəmək üçün təkliflər

Daş və kərpic hörgü: Yüksək tavan olan mənzilinizdə daş və ya köhnə kərpic hörgü divarlarını istifadə edə bilərsiniz. Evdə bu divarlara üstünlük  versəniz, işıqlandırma problemi olmayacaq.

Metal və Taxta : Taxta və metal bəzək qarışığı tətbiq edə bilərsiniz. Məsələn, metaldan olan bir çox detal varsa, diqqətinizi mebelinizdəki taxtaya yönəldə bilərsiniz.Taxta və metal mükəmməl harmoniya yaradır.

Mətbəxdə sənaye üslublu dizayn: Fərqli bir dekorasiya yaratmaq və mətbəxdə vaxt keçirməkdən zövq almaq istəyirsinizsə, sənaye stilini seçə bilərsiniz. Poladdan olan  mətbəx qablarını istifadə edərək, taxta möhkəm bir masa əla seçim olacaq. Hündür, metal və böyük işıqlardan istifadə edə bilərsiniz. Xüsusi hazırlanmış çılçıraqlarla evinizdəki atmosferi müasirləşdirə bilərsiniz.

L (künc) tipli böyük divanları seçin: mebel seçimində sərbəst olun və rahatlığınızı pozmayın. L tipli böyük və yumşaq divanları seçə bilərsiniz. Böyük və müasir dizaynlardan qəhvə masalarınızı seçərək rahatlığınızı ön plana çıxara bilərsiniz. Böyük bir dəri parça ilə örtülmüş Chester üslubunda divan seçimi də maraqlı olar

Loft Style Qonaq otağı

Son illərdə dekorasiyada  fərq yaratmaq istəyən bir çox inşaat şirkəti loft üslubunda mənzillərə diqqət yetirir, interyer memarlar bu mövzuda çox uğurlu dekorasiya nümunələri yaratmışlarlar. Müasir və idman üslublarının birləşməsinə memarlıq toxunuşları, rahatlığın ən yaxşı şəkildə hiss olunduğu əşyaların seçilməsi loft  üslubunun ümumi xüsusiyyətlərini təşkil edir.

Loft Style Yataq otağı

Daş divarları müşaiyət edən mərmər detallar  binaların ümumi atmosferini əks etdirir. Əlavə olaraq, işıqlandırma seçimlərinin normaldan bir az daha böyük olması və sənaye sahələrində istifadə olunan işıqlandırmaya bənzəməsi əsas amillərdəndir.

Bu mənzillərdəki yataq otaqları ümumiyyətlə asma və ya balkon üslubunda tikilir. Bəzən oturma otağının bir küncündə yerləşdirilmiş bir yataq kifayətdir.

 Loft Style Mətbəx

Loft mənzillərdəki mətbəxlər ümumiyyətlə açıq mətbəx kimi dizayn edilmişdir. Daş sahələrin sərtliyini ən yaxşı şəkildə tamamlayan taxta əşyalar sadə aksesuarların seçilməsini tələb edərkən, evə metal və mərmər əşyalar mütləq daxil edilməlidir.

Əvvəlcə qarajların və fabriklərin yaşayış sahələrinə çevrilməsindən başlayan loft mənzilləri və ya loft dekorasiya tərzi bu gün ən lüks dekorasiya növlərindən biri halına gəlmişdir. Rahatlığın ön planda olduğu bu dekorasiya üslubunda hər şey düz və təbii seçilir.