Mebellərin təmizlənməsi

Taxta ev dekorasiyasında ən çox müraciət olunan  materiallardan biridir ... Çünki taxta material həm mebelləri zamansız edir, həm də daxil olduğu  mühitə istilik və təbiilik  gətirir. Ancaq taxta mebeldən uzun müddət istifadə etmək üçün çox yaxşı baxmaq lazımdır. İlk günki kimi yeni görünməsini  təmin etmək üçün onları yaxşı təmizləmək vacibdir və əlbəttə təmizlik zamanı diqqətli olmaq əsas məsələdir. Bəs taxta mebel necə təmizlənir? 

Evimiz ən yaxşı hiss etdiyimiz yerdir. Ən təbii olduğumuz və özümüz ola biləcəyimiz evimizdə fərdiləşdirdiyimiz hər şey  çox dəyərlidir. Xüsusilə əşyalarımız ... Çox həvəslə aldığımız əşyalar həyatımızın vacib və əvəzolunmaz hissələri ola bilər. Mebel almaqla yanaşı, həmin mebellərə  yaxşı qulluq etmək, təmiz saxlamaq lazımdır ki, ilk günki kimi saxlaya bilək.  Xüsusilə taxta mebeldən bəhs edərkən baxım və təmizlik mövzusunda daha diqqətli olmaq lazımdır.

Uzun illər istifadə olunan taxta mebellərin təmizlənmə prosesi

Dekorasiya tərzindən asılı olmayaraq, taxta bir yerə girdiyi anda həmin yerin atmosferini dəyişdirir. Klassik bəzək və müasir dekorasiyada taxta  həmişə mebeldə ən çox istifadə olunan materialdır. Çünki yaxşı baxsanız, uzun müddət istifadə edilə bilər. Antik mebellərin çoxunun taxta olması təsadüfi deyil. Xüsusilə onların təmizliyinə çox diqqətli olmalısınız. Taxta mebeli təmizləmək üçün bəzi tövsiyələr:

• Taxta mebelləri təmizləməyə başlamazdan əvvəl yumşaq toz fırçası, quru parça və ya yumşaq bir kağız dəsmal ilə üzərində yığılmış tozu təmizləməlisiniz. Təmizləmə zamanı taxta təmizləyici məhsullardan istifadə edə  bilərsiniz. Xatırladaq ki, taxta səthlər üçün spreylər də satışda vardır.

• Taxta mebel təmizliyində sirkə və su qarışığı kimi ənənəvi metodlardan istifadə edənlər var. Bu cür ənənəvi təmizləmə üsullarını istifadə etməzdən əvvəl, mebelinizi satın aldığınız yerə müraciət etməyiniz vacibdir. Bütün taxta  növləri hər cür kimyəvi və maye maddələrlə işləyə bilmir. İstəsəniz əvvəlcə mebelinizin görünməyən kiçik bir hissəsində təmizləyici materialınızı sınaq edin və sonra istifadə edin.

• Taxta səthlərdə maye təmizləyicilərdən istifadə etmisinizsə, təmizlənmə bitdikdən sonra səthi yumşaq və nəm bir parça ilə qurudun. Nəmli qalmamasına  diqqət yetirin. Əks təqdirdə şişə bilər.

Taxta mebeliniz ilk  günki kimi olsun

Taxta mebelinizin daha təmiz, daha parlaq və ilk günki kimi görünməsinin təsirli üsullarından biri ildə iki dəfədən çox olmamaq şərti ilə mebelinizi zeytun yağı ilə silməkdir. Bu şəkildə odunu nəmləndirə və bəsləyə bilərsiniz. Zeytun yağı şüşəsinin ağzına   dəsmal vurun, şüşəni əyərək mebelinizi bir neçə damla zeytun yağı ilə silin. Taxta mebelinizin parıldaması üçün bir neçə damla zeytun yağı kifayətdir.

Ayrıca, taxta səthləri təmizləyərkən su ilə təmasdan çəkinməlisiniz. Taxta mebel həssas olduğundan, özlərinə xas maye təmizləyicilərdən başqa heç bir məhsul istifadə etməməyiniz faydalıdır. Təbii məhsullardan istifadəni laqeyd yanaşmayın. Su əsaslı taxta təmizləyiciləri mebelə qulluq və təmizlik üçün ideal seçim ola bilər. Təbii təmizləyicilərlə birlikdə nəmli  parça köməyi ilə taxta mebellərinizi çirk və tozdan tamamilə təmizləyə bilərsiniz.

Yayda Taxta Mebelinizə qulluq etmək qaydaları

Bağlar, teraslar və eyvanlar taxta masa və stulların geniş istifadə olunduğu məkanlardır. Mebellərinizi hava şəraitindən və xarici faktorlardan qorumaq sizin əlinizdədir ... Mebelinizin qısa müddətdə köhnəlməsini istəmirsinizsə, qış aylarından sonra yay baxımı tətbiq edə bilərsiniz.

Taxta Təmizləmə Məhsullarının Xüsusiyyətləri

Taxta mebelləri materiala xas məhsullarla təmizləmək çox vacibdir ... Taxtaya  zərər vermədən parlaq bir görünüş təmin edəcək məhsullar seçməlisiniz. Bunun üçün yaxşı araşdırmalısınız. Xüsusi taxta təmizləyicilərinin durulamağa ehtiyac yoxdur. Taxtadakı kir, his və ləkələr tamamilə yox olur və xüsusi ətirləri ilə ətrafa  gözəl bir atmosfer qatırlar. Xüsusi taxta təmizləyiciləri, təmizlənmə zamanı güc tətbiq edilməsinə ehtiyac yoxdur. Mebel üzərində maksimum qorumağa  və mebelin illərə meydan oxumasına kömək edir.

Mütəmadi istifadə edildikdə, taxta təmizləyiciləri əvvəllər meydana gələn cızıqları aradan qaldırmağa və taxtanın səthini xarici amillərdən qorumağa kömək edir. Xatırladaq ki, taxta təmizləyici məhsullardan başqa qoruma məqsədli məhsullar da var. Bu məhsullar mebelinizi xüsusilə suyun yaratdığı ləkələrdən qoruyur. Taxta mebelin ən böyük düşmənləri təəssüf ki, su ləkələridir ... Qoruyucu məhsullardan istifadə edildiyi müddətdə barmaq izləri, his, çirk, toz, nəm və su ləkələri mebeldə meydana  gəlmir, matlaşma və şişlik olmur, material xüsusi toxumasını itirmir. Yuyucu, ağartıcı və ya alkoqollu məhsullarla təmizlənmə təbii cilaya zərər verir.

Öz təmizləyici vasitənizi yaradın

Hazır ağac təmizləyicilərinə və qoruyucularına etibar etmirsinizsə, evdə öz taxta təmizləyicinizi hazırlaya bilərsiniz. Bir şüşə içində yarım çay qaşığı limon, efir yağı və 125 ml zeytun yağı qarışdırın. Yaxşı çalxaladıqdan sonra  taxta mebellərinizi bu xüsusi qarışıqla silin. Bu qarışıq mebelləriniz üçün təbii bir qoruyucu qalxan yaradacaq və evinizin təmiz qoxusunutəmin edəcək.