Organizer bizə nə üçün lazımdır?

      Günlük baxım məhsullarını bir arada saxlamaq həm praktik, həm də müntəzəm istifadə   etdiyimiz  məhsulları daha əlçatan edir. Hər şeydən əvvəl  gigiyena və istifadə   müddətinin  uzun   olması  üçün bu məhsulların sərin və quru yerdə saxlanılması vacibdi. Şəxsi baxım məhsullarının depolanması və  saxlanılması üçün bir neçə həll yolları vardır.

1. Şəffaf organizer

2. Oyuncaq səbəti

3. Kirli paltar səbəti

4. Şüşə set

5. Zinət əşyaları organizeri

   Makiyaj məhsullarını bir araya yığarkən nə qədər sıxlıqla onları istifadə etməyinizi nəzərə alın. Tez-tez istifadə etdiyiniz və daima əlinizin altında saxlamaq istədiyiniz məhsulları fərqli model və ölçülərdə olan organizerlərə  yığmaq olar.

    Makiyaj fırçalarını təmiz və kirli olmaq üzrə iki qrupda yığmaq lazımdır. Bu fırçaları depolamaq üçün fərqli çeşidlərdə organizerlər mövcuddur: dekorativ bardaqlar, cüzdanlar və digər modellərdə zövqünüzə uyğun qablaşdırmada saxlaya bilərsiniz.

   Oyuncaq səbətində övladınızın sevimli oyuncaqlarını bir arada saxlamaqla onları həm təmiz , həm də əlçatan edirsiniz. Kirli paltar səbəti gigiyena baxımından çox vacib bir depolama əşyasıdı. Təmiz olmayan paltar və çamaşırlarınızı səbətə yığmaqla evdəki dağınıqlığın da qarşısını almış olursunuz.

   Daha az istifadə etdiyiniz və günəşdən qoruması vacib olan məhsullarınızı bağlı organizerlərdə saxlamalısınız.

   Parfüm və digər şəxsi baxım məhsullarını iki və üç qatlı organizer və ya dekorativ səbətlərdə saxlaya bilərsiniz.

   Ən çox dağılan və bir-birinə qarışan aksesuar və zinət əşyalarınızı uyğun funksiyanallı, asılqanlı organizerlərdə saxlamaq daha yaxşıdır.

    Əşyalarınızı nizamlı şəkildə müxtəlif növ organizerlərdə  düzməklə otağınızı daha baxımlı və zövqlü bəzəmiş olacaqsınız, dekorativ görünüşləri ilə evinizə yeni nəfəs gətirmiş olacaq. Belə organizerləri əldə etmək üçün bizə müraciət edə bilərsiniz