Parça işləməli mebel dəstlərinin üzərində çay, tort, qəhvə və ya dondurma ləkələri ilə necə mübarizə aparılmaq haqqında düşünürsünüzsə, hər şeydən əvvəl mebelin parçasına diqqət yetirməlisiniz
Dəri, məxmər və kətan parçaların təmizlənməsi üçün spreyləri ev şəraitində hazırlaya bilərsiniz. Hər parça növünə uyğun fərqli metodların tövsiyyə olunmasının səbəbi parçaya zərər verməməkdir.
Beləliklə lazım olan məhsulları hazırlayıb, mebelləri mümkün olan ən asan şəkildə təmizləyə bilərik.
1. Dəri üzlüklü divan və kreslolar:
Tərkibi:
Hazırlanması:
Dərin qabda sirkə və zeytun yağını qarışdırıb və hazırlanmış qarışığı sprey şüşəsinə boşaldın. Bu spreyi divan və ya kreslonun çirkli hissəsinə vurun. Daha sonra nəm və yumşaq bezdən istifadə edərək oturacağı hərtərəfli silin.
Dəri oturacaqların zədələnməməsi üçün kimyəvi yuyucu vasitələrdən istifadə etmək əvəzinə, bu tövsiyyəyə əməl edərək dəri parçanın daha parlaq və təmiz görünməsinə nail ola bilərsiniz.
2. Pambıq parça üzlü mebellər:
Tərkibi:
Hazırlanması:
Bütün maddələri birlikdə yaxşıca qarışdırıb və bütün məhlunun əriməsinə gözləyin, sonra. hazırlanmış məhlulu sprey şüşəsinə boşaldıb, onu oturacağın ləkələnmiş hissəsinə və ya bütün səthinə vurun. Yuyucu vasitəni təmizləmək üçün nəmli parçadan istifadə etmək daha effektiv olur. Nəm və yumşaq parça oturacağın səthindəki tozları təmizləyəcək və prosesin sonunda yeni bir görünüş təmin edəcəkdir.
3. Məxmər parçalı mebellər:
Tərkibi:
Hazırlanması:
Məxmər üzlü divanların üzərində ləkə və çirk olduqda qabyuyucu vasitədən istifadə edib nəticə əldə edilə bilər. Sabunu və isti suyu sprey şüşəsində yaxşıca çalxalayıb, sonra ləkəli səthə vurun. Təmizləyici vasitəni bir müddət səthdə saxlayın. Təmizləmə prosesinə başlayarkən məxmər səthi ehtiyatla isti və nəmli parça ilə ovuşdurun. Məxmər parça divanların qurumasını gözləyərkən təmizlikdən zövq alın!
Parça növünü dəqiq müəyyənləşdirdikdən sonra yuxarıda göstərilən vasitələrdən istifadə edib təmizlik işlərinizi həyata keçirə bilərsiniz.