2017-ci ildən bəri fəaliyyət göstərən İnteryermebel müştərilərə keyfiyyətli və zövqlü mebellər təqdim edir. Ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli materialdan hazırlanan mebellər müştərilərin sifarişi əsasında dizayn edilib hazırlanır. Bizə müraciət edib istədiyiniz model, ölçü və rəngdə mebellərin sifarişini verə bilərsiniz. 

     İnteryermebeldə ev, ofis, restoran, bağ evi və digər məkanlar üçün mebellər istehsal edilir. Mebel kataloquna qonaq otağı, yataq otağı, mətbəx, yumşaq mebel kateqoriyasından müxtəlif növlü divan və kreslolar, puf mebel, dəhliz mebeli, dolab, komod, televizor altlığı, dekorativ və kitab rəfi, ofis kreslo və masaları, gənc otaq dəsti və s. daxildir.

    Yumşaq mebel üçün üzlük parça seçimini sizə təqdim edirik, keyfiyyətli, yumşaq, rəngarəng parça seçimləri ilə xəyalınızdakı divan, kreslo dəstlərinə sahib ola bilərsiniz.

   Peşəkar kollektivimiz və dizaynerlərimiz sizin istəyinizə uyğun formada mebel sifarişini qısa müddət ərzində sizə təqdim edir.

   Son dəb tendensiyalarına uyğun olaraq loft və modern dizaynda, həmçinin   aktuallığını həmişə qoruya bilmiş klassik dizaynda mebelləri online şəkildə  bizdən sifariş edə bilərsiniz.