Dəri mebel seçimi necə olmalıdır?

     Dəri üzlüklü mebellər əvvəllər ciddi atmosfer yaratmaq üçün daha çox iş yerləri, ofis və rəsmi qurumlarda istifadə olunardı. Müasir zamanda isə artıq ev dekorasiyasında da tez-tez müraciət olunan mebel növlərindən biri olmuşdur.

    Təbii dəri üzlük üçün inək, qoyun, keçi kimi heyvan dərilərindən hazırlanır və heyvanın növündən asılı olaraq qiymətlər dəyişir. Təbii dəri istifadə müddətində müxtəlif kimyəvi təmizləyici vasitələrlə təmizləndikdə zədələnə bilər. Süni dəri isə sintetik məhsuldan hazırlanar və plastik olar. Həm təbii, həm də süni dərinin öz müsbət və mənfi cəhətləri var.

Təbii və süni dərilərin fərqləri

    Təbii dəri tozu içinə çəkməz və gigiyenik olaraq təmizdir, daha dayanıqlıdır. Lakin dəri kreslo və divanlarda müəyyən müddət sonra boşalma və qırışıqlıq hiss oluna bilər. Süni dəri isə əksinə hamar və kip durar.

    Təbii dəri hava aldığı üçün süni dəridən fərqli olaraq isti havalarda az tərləyər.

    Keçmişlə müqayisədə indi dərilərin rənglənməsi texnologiyası inkişaf etmiş və qara və qəhvəyi rəngdən başqa yaşıl, qırmızı, mavi tonlarda da dərilər üzlüklər hazırlanır.

Dərinin təmizlənilməsi

    Dərinin təmizlənməsi ən vacib məsələdir. Bunun üçün  təmizləyici sabun, süd kremi, xüsusi ləkə çıxarıcı vasitələr və s. istifadə edilir. Nəm bez ilə tozlar alına bilər. Yüngül toz lifli bezlə, daha qatı tozlu isə fırça ilə təmizlənməlidir.Burada diqqət vermək lazımdır ki, fırça ilə tozu çıxararkən ehtiyatlı davranmaq lazımdır, əks halda dəri zədələnə bilər.

   Tünd rəngli dəri üzlük hər salon üçün uyğun deyil. Əsasən kiçik salonlarda məkanı daha da kiçildə bilər. Bir məkanda həm divan, həm də kreslo dəstlərinin dəridən olması məsləhət deyil, adətən yalnız bir parça mebel dəri üzlüklü yanındakı mebel dəstləri isə məxmər, parlaq və ya ağır parça üzlüklərlə olsa daha zövqlü görünər.

    Dəridən həm modern, həm də klassik tərz mebellərdə istifadə etmək olar. Daha çox divan və kreslolarda istifadə olunsa da, son zamanlar yataq otağı mebellərində də dəri parçaya müariət edilir

    Zamanla dəri yağını itirir bunun üçün keyfiyyətli dəri baxım kremindən istifadə etmək lazımdır.

    Dəri üzlüklü mebelləri günəş işığından qorumaq lazımdır çünki günəş dərini solğunlaşdırır.