Klassik Mebel nədir ?

       Klassik mebel qədim zamanlardan bəri hazırlanan və böyük diqqət çəkən, üslubunu və xarakterini qorumaqla günümüzə qədər gəlib çatmış insan əl əməyinin ən gözəl nümunələrindəndir. Texnologiyanın inkişaf etmədiyi dövrlərdə fabriklər geniş yayılmamış və bir çox məhsul əl əməyi ilə istehsal olunurdu və mebel istehsalı da belə sahələrdəndir. Həmin dövrlərdə taxta və parça üzərində ustalar günlərlə əziyyət çəkərək sənət əsərləri yaratmışlar.

      Klassik mebel və klassik üslublu əşyalar sarayların əvəzolunmaz əşyalarından olmuşdur. Əl əməyi ilə hazırlandığı üçün adətən mebel seçimləri çox olmurdu və klassik mebellər əsasən saraylarda istifadə olunurdu.

     Günümüzdə də klassik mebellər evini lüks dekorasiyada dizayn etmək istəyən insanların ən çox seçdiyi mebellər sırasındadır. Onlardan əsasən malikanələrdə, villalarda   daha çox istifadə olunur.


Klassik mebellərin fərqli xüsusiyyətləri


      Klassik üslubda hazırlanan divan dəstlərində digər taxta üslublara nisbətən daha çox taxta detalı görünür. Kresloların  taxta hissələrinin oyma və yarpaqlarla bəzədilməsi mebelləri  sənət əsərlərinə çevirir. Klassik divan dəstlərinin taxta hissələrinin zədələnməməsi və oyma zamanı gözəl görünməsi üçün istifadə olunan ağacın keyfiyyəti çox vacibdir. Modern və ya avanqard mebeldə istifadə olunan materiallar klassik mebel dəstləri üçün  o qədər də uyğun deyil deyil. Keyfiyyətli ağac materialından istifadə və ustanın əl əməyi  birləşərək  çox qiymətli ev əşyaları yaradır.


Klassik mebellərin növləri


        Klassik tərzdə hazırlanan mebel dəstləri kifayət qədər geniş kataloqa sahibdir: yemək otağı dəsti, divan dəsti, yataq otağı dəsti, mətbəx mebeli,  uşaq otağı dəsti və s. Bununla birlikdə  vanna otağı şkafları və dolablar da klassik üslubda istehsal edilə bilər.

       Klassik divan dəstləri digər divan dəstlərinə nisbətən daha çox detallı bəzəklərlə işlənilmiş mebel növləridir. Taxta çərçivədəki oymalar, yarpaqlar və  digər müxtəlif oymalar klassik divan dəstlərini başqa divan dəstlərindən fərqləndirir. Parça seçimi  fərqli rəng və dizaynda edilə bilər. Zövqünüzə uyğun tünd rəngli və ya daha dinamik naxışlı parçalardan istifadə edilir.

       Klassik yataq otağı dəsti modelləri olduqca parlaq olan yataq otağı dəstləri arasındadır. Digər mebellərdə olduğu kimi, klassik yataq otağı dəsti mebelləri də davamlı taxta materiallardan hazırlanır. Yüksək keyfiyyət və möhkəmlik klassik yataq dəstlərinin vacib xüsusiyyətlərindəndir. Dolabdakı rəf tənzimləmələri əşyaları yerləşdirmək və kifayət qədər yer təmin etmək üçün çox vacibdir.

       Klassik yemək otağı dəstləri klassik mebellər arasında yüksək qiymətləndirilir və üstünlük təşkil edir. Bu dəstlər olduqca möhtəşəm masalar, stullar və vitrinlərlə bir çox insanın bəyəndiyi və istifadə etdiyi mebellər arasındadır. Digər yemək masalarında mövcud olan bağlanma və açılma xüsusiyyəti klassik dizaynlı masalarda mövcud olmaya bilər. Bu səbəblə  daha böyük ölçüdə hazırlanır.

      Beləliklə evinizi daha göstərişli və şık dizayn etmək istəyirsənizsə və detallarla işlənilmiş bəzəkləri sevirsinizsə, klassik mebel dəstləri sizing üçün ən uyğun seçim ola bilər.