Televizor altlığı necə seçilməlidir?

Televizor qonaq otağının mərkəz nöqtəsidir, buna görə seçdiyiniz TV altlığının  xüsusiyyətlərini diqqətlə nəzərdən keçirmək vacibdir. Ümumiyyətlə insanlar öz zövqlərinə xitab edən televizor altlığı almaq istəyirlər. Bununla birlikdə dizayndan onun praktiki istifadəsinə qədər bəzi məsələlər düşünülməlidir. Beləliklə, televizor altlığı seçərkən nəzərə alınmalı olan ümumi sualları bir araya gətirib cavab tapmağa çalışacağıq.

Televizor altlığının ölçüsü necə olmalıdır?

Televizor altlığını almadan öncə  ideal modeli tapmaq üçün minimum / maksimum ölçüləri nəzərə alaraq,  geniş seçim kataloqunu daha rahat etmək olar.Yəni evin ümumi dizaynına uyğun olaraq klassik, modern, loft və s. dizaynlarda olan məkanların hər birinə uyğun şəkildə tv altlığı seçilməlidir. Televizorun öz  ölçüsü TV altlığı üçün vacib bir ölçüdür. Televizorunuzu ölçərkən hündürlüyü, eni və dərinliyi ölçməlisiniz. Dərinliyi ölçərkən televizorun arxasından kabellər üçün əlavə boşluq qoyulmalıdır. Televizorunuzun genişliyinin üzərinə  20%-ə qədər yer əlavə etmək həm estetik, həm də təhlükəsizlik üçün vacibdir.

Televizor altlığı necə olmalıdır?

Televizor altlığının forması istifadə edəcəyiniz cihaz və ya əşyaların miqdarı ilə otağınızın ölçüsünə uyğun olmalıdır. Böyük bir elektronik əşyalarınız varsa, onları yerləşdirmək üçün daha çox şkaf, çəkməcə və açıq rəf bölmələrinə ehtiyac ola bilər. Dağınıq, kiçik  otağınız və ya yalnız televizorunuz varsa, sadə televizor  stendi və ya açıq rəflərlə kiçik bir televiziya stendi seçə  bilərsiniz. 

Televizor altlığı elektronik əşyalarınızı əhatə edəcək ölçüdə olmalıdır və şkaflar, rəflər və çəkməcə kimi funksional dizaynlara sahib olmalıdır. Televizor altlığı müxtəlif kabellərin, oyun aksesuarlarının və digər kiçik əşyaları gizlətmək üçün doğru seçimdir. Həm praktik, həm də funksional saxlama sahəsinə sahib televizor altlıqlarını öz zövqünüzə uyğun formada İnteryermebel-dən sifariş edə bilərsiniz.